Xəbərlər

Ermənistan Futbol Federasiyası prezidentinin borca görə bu ölkənin aviaşirkətinin rəhbərini döyməsi ölkədə ciddi narazılıqlara səbəb olub
26 avqust, 2015 15:20

Buna sübut kimi Ermənistan Futbol Federasiyası prezidenti, oliqarx Ruben Ayrapetyanın “Air Armenia” şirkətinin baş direktoru, şirkətin aksiyalarının 51%-nin sahibi Arsen Avetisyanı döyməsi faktıdır.

A.Avetisyan xəsarətlərlə xəsxanaya yerləşdirilib. Onun burnunun sındığı bildirilir.

Ölkənin baş prokurorluğu isə hadisə bağlı cinayət işinin açılmayacağını bəyan edib.

Prokurorluq hadisə haqqında məlumat verərək, bəyan edib ki, A.Avetisyan R.Ayrapetyan və onun mühafizəçiləri tərəfindən döyüldüyünü bildirib.

“R.Ayrapetyan hadisə ilə bağlı danışıb ki,  A.Avetisyan onun qohumlarından birinə külli miqdarda pul borclu olub və qohumları onunla danışmağı xahiş ediblər. Bir ya əvvəl baş tutan görüşdə A,Avetisyan avqustun 15-də pulu qaytaracağına söz verib”.

Həmin gün görüşən iki oliqarx arasında mübahisə baş verib. Görüş futbol akademiyasının yanında kafedə baş verib.

R.Ayrapetyanın danışdığına görə mübahisə zamanı o, A,Avetisyanı vurub və onun burnundan qan açılıb. Bundan sonra o, yerəd uzanan A.Avetisyanı bir neçə  dəfə təpikləyib. Daha sonra R.Ayrapetyan özü A.Avetisyanı əl-üzünü yumağa aparıb. Hadisədən sonra mühafizəçilər A.Avetisyanı evinə yola salıblar.

Baş prokurorluq bəyan edib ki, Avetisyanın özündən şikayət daxil olmadığı üçün cinayət işi açıla bilməz.

Hadisə Ermənistanın həm daxilində, həm də xaricində rezonans doğurub.  

Belə ki, “Air Armenia” şirkətinin digər bir rəhbəri, ukraynalı biznesmen Vladimir Bobılev insidenti vəhşilik adlandırıb. Bu yaxınlarda Bobılev fondu “East Prospect Faund” müflis vəziyyətində olan “Air Armenia” şirkətinə 68,6 milyon dollarlıq investisiya yatırıb. Bu pullar haqqında xəbər tutan R.Ayrapetyan Avetisyandan borcun qaytarılmasını tələb edib.

 Ermənistan mətbuatı xatırladır ki, bu Futbol Federasiyasının Prezidenti ilə bağlı olan ilk belə hadisə deyil. Belə ki, 2012-ci il iyunun 17-də Ayrapetyan ailəsinə məxsus “Arsnakar” restoranının ərazisində bir neçə hərbi həkim döyülüb. Onlardan biri, hərbi hospitalın şöbə müdiri, mayor Vage Avetyan 12 gün ağır vəziyyətdə qaldıqdan sonra dünyasını dəyişib.

Onunla birgə döyülən digər iki həkim orta ağır xəsarətlər alıblar. Cinayət işi çərçivəsində restoranın təhlükəsizlik xidmətinin və eyni zamanda Ayrapetyanın mühafizəçilər olan 6 nəfər həbs edilib və müxtəlif müddətlərə azadlıqdan məhrub ediliblər.

 Hadisə yerində olan Ayrapetyan özü isə bu işdə şahid kimi olub.

 “Jurnalistlər insan haqları uğrunda” təşkilatının sədri Janna Aleksanyan bildirib ki, bu tip insanlar Serj Sarkisyana yaxın olduqları üçün cəza almırlar və elə buna görə də cəzasızlıq atmosferindən istifadə edərək belə halları təkrar edirlər.

“Belə halın nə qədər davam edəcəyi sualına isə yalnız Serj Sarkisyan özü cavab verə bilər”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.