Azərbaycan yığması “Baltic Cup” turnirinin qalibi olub
25 avqust, 2015 16:03
AFFA-dan bildiriblər ki, turnirin sonuncu oyununda Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız böyük hesablı qələbə qazanıb – 5:0. Nigar Cəlillinin dubl etdiyi oyunda Kristina Bakarandze, Yaiza Relea və Natalia Rodelqo hərəyə bir dəfə fərqləniblər.
Yığmamız turnirdəki ilk oyununda litvalı həmyaşıdlarını 1:0, növbəti qarşılaşmada isə Latviya komandasını 4:0 hesabı ilə məğlub edib.