FİFA prezidentinə inək hədiyyə etdilər
25 avqust, 2015 16:03
“Kolombo” ləqəbli inəyi FİFA prezidentinə İsveçrənin Ulrixsen kəndinin sakinləri hədiyyə ediblər.
Blatter 18 ildi ki, bu kənddə yerli komandaların iştirakı ilə xeyriyyə turniri təşkil edir. FİFA prezidenti turnirə UEFA prezidenti Mişel Platinini də dəvət edib. Ancaq fransız onun təklifini qəbul etməyib.
Mişel Platini 2016-cı ilin feralında keçiriləcək seçkilərdə FİFA prezidenti postuna əsas namizəd hesab olunur.