Xəbərlər

Yeni teatr mövsümünə ən tez Musiqili Teatr start verəcək
25 avqust, 2015 16:01

Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Musiqili Teatr ölkədə yeni mövsümə ən tez – 10 sentyabr 2015-ci il tarixdə start verəcək.

Onun sözlərinə görə, mövsümün acılışı dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasıyla baş tutacaq. 8-9 sentyabr 2015-ci il tarixlərində Bakıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə “Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası keçiriləcək. İclas çərçivəsində nəzərdə tutulan bədii proqramın 10 sentyabr tarixində Azərbaycan Dövlət Musiqili Teatrında təşkil edilməsi nəzərdə tutulub. Məhz buna görə də mövsümün açılış günü “O olmasın, bu olsun” tamaşası ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş olunacaq.

Bu ölməz səhnə əsərini 2015-ci il 2-5 may tarixlərində Bakı şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçirilən zaman toplantı tədbirləri çərçivəsində dünyanın müxtəlif ölkələrinin maliyyə nazirləri və digər yüksək vəzifəli şəxsləri, Azərbaycanın adı ilə tarixə düşümüş I Avropa Oyunları münasibətilə ölkəmizə gəlmiş qonaqlar məmnunluqla izləyərək yüksək qiymətləndirmişlər. Tamaşanı izləmiş mötəbər qonaqlar dəfələrlə teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə dahi  Üzeyir Hacıbəylinin ecazkar və möhtəşəm musiqisindən, ümumilikdə tamaşadan böyük zövq aldıqlarını və razı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada rolları milyonların sevimli gülüş ustası, Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.