Xəbərlər

"Nizami" Kino Mərkəzində yeni filmlərin premyeraları davam edir
25 avqust, 2015 16:00

 Coşua Trankın ekranlaşdırdığı “Fantastik dördlük” filmi fantastika, döyüş və məcara janrındadır. Yaş həddi: 12+

Film dörd gənc astronavtın kosmik enerjinin anomal dalğalarının tədqiqatını aparmaq ücün paralel dünyaya avantyur səyahətlərindən bəhs edir. Səyahətdən qayıtdıqdan sonra onlar özlərində superbacarıqlar kəşf edirlər və bu onların həyatını dəyişir...

Baş rolların ifaçıları Maylz Teller, Maykl B. Cordan, Keyt Mara, Ceymi Bell, Tobi  Kebbel, Req E.Keti, Tim Bleyk Nelson, Coşua Montes, Den Kastellaneta, Ouen Cac və digər aktyorlardır.

Rejissorlar Tobi Qenkel və Şon MakKormakın cəkdikləri “Vay... Nuh getdi!” cizgi filmi komediya və məcara janrındadır. Yaş həddi 6+

Böyük tufan yaxınlaşır və Nuh yola düşmək üzrədir. Heyvanlar yerlərini tutmalıdır. Lakin bir coxları “feys-kontrolu” keçə bilməyib. İndi onlar taleyi aldadıb, yola düşən  gəminin astanasına atlamalıdılar...

Rollarda Dermot Meqennis, Kallum Maloni, Tara Flinn, Ava Konnolli, Pol Taylak, Alan Stenford, Eylin Miten, Karla Beker, Fransiska Freide, Patrik Fitssimons və başqaları çəkiliblər.

"AF Media" şirkəti növbəti qorxu və dəhşət janrında çəkilmiş “Dəccal” filmini təqdim edir. Kinolentin  rejissoru Özgür Bakar, ssenari müəllifləri Alper Kıvılcım və Özgür Bakardır. Yaş məhdudiyyəti:16+

Həyatının sıxıntılı vaxtlarını yaşayan Duygu, xəstəxanadan çıxdıqdan sonra təsadüfən Nurdan adında, sirli və çox varlı qadınla tanış olur. Nurdanın maddi və mənəvi köməyini, ehtiyacı olduğu üçün qəbul edən Duyğunun həyatı inanılmaz dərəcədə dəyişir. Ən yaxın rəfiqəsi Aslı da bu vəziyyətdən razıdır. Amma sonradan Duygunun yerləşdiyi qərib evdə qəribə hadisələr baş verməyə başlayır. Duygu bəlli olmayan səslər, kölgələr və kabuslar içində qaldıqca sağlıq halı daha da pisləşir. Digər tərəfdən də, xəstəxanada iki gənc qadını böyük sürprizlər gözləyir...

Rollarda Öznur Serçeler, Bulut Köpük, Duygu Paracıkoğlu, Sait Genay, Aysan Sümercan, Beril Atahan, Aykut Engin, Mahmut Göde və başqaları çəkiliblər.    

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.