Xəbərlər

Bakı Slavyan Universiteti Türkiyənin Avrasiya Universiteti ilə əməkdaşlığa dair saziş imzalayıb
25 avqust, 2015 15:59

BSU-dan verilən məlumata görə, Avrasiya Universitetinin rektoru, professor Aşkın Asanın başçılıq etdiyi nümayəndə heyəti BSU-da olub. 

Görüşdə BSU-nun yaranma tarixi, fəaliyyəti barədə söhbət açan rektor, professor Asif Hacıyev qonaqları rəhbərlik etdiyi ali təhsil müəssisəsindəki mərkəzlər, fakültə və ixtisaslar, kadr hazırlığı barədə məlumatlandırıb. Bildirilib ki, BSU-da slavyanşünaslıq, tərcümə, ölkəşünaslıq, türkologiya və türkiyəşünaslıq, beynəlxalq münasibətlər və başqa sahələr üzrə mütəxəssis hazırlanır. 

Eyni zamanda, universitetdə Türkiyə Araşdırmaları Mərkəzinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib. Universitetin xarici ölkələrin bir çox ali təhsil müəssisələri ilə əməkdaşlığı da qonaqların diqqətinə çatdırılıb.

Görüşdə Bakı Slavyan Universiteti ilə Türkiyənin Avrasiya Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənədin hər iki tərəf üçün gələcəkdə əhəmiyyətli olacağı vurğulanıb.

Qeyd edək ki, imzalanmış sazişdə birgə elmi araşdırmaların aparılması, elmi tədbirlərin – konfrans, seminar, simpozium və kollokviumların təşkili, müştərək elmi məcmuələrin hazırlanması və nəşri, tərəflərin elmi-metodik ədəbiyyatla qarşılıqlı təminatı, tələbə və müəllim mübadiləsi nəzərdə tutulur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.