Türkiyədə sel fəlakəti: 7 ölü, 15 yaralı var
25 avqust, 2015 15:55
DHA-ya istinadən xəbər verir ki, dünən yerli vaxtla 21:00-dan etibarən başlayan güclü leysan ətrafdakı göl və çayların daşmasına səbəb olub.
Artvinin Arhavi, Hopa və Borçka qəsəbələri sel suları altında qalıb. Hər kv.m üçün 225 kq yağışın düşdüyü qəsəbələrdə su yüksəlib, maşınlar suda batıb, yaşayış məntəqələrində böyük dağıntılar meydana gəlib.
Sel səbəbi ilə 7 nəfər ölüb, 1 nəfər itkin düşüb, 17 nəfər isə yaralı olaraq xəstəxanaya yerləşdirilib.
Hopa bələdiyə sədrinin sözlərinə görə, bu yağış qəsəbədəki son 50 ilin ən güclü təbii fəlakətidir.