Xəbərlər

Ramiz Məliklə Ramiz Novruzun söz savaşı yumruq davasına çevrildi
24 avqust, 2015 17:06

“aznews.az”-ın yazdığına görə, mətbuatda teatr direktoru  İsrafil İsrafilovun bərəsində verilən açıqlamalara xalq artisti Ramiz Novruz reaksiya verib. Bu barədə söhbət zamanı Ramiz Novruzun teatr direktorunu müdafiə etməsi xalq artisti Ramiz Məlikə xoş gəlməyib. Nəticədə mübahisə düşüb. Bu zaman isə əsəblərinə hakim ola bilməyən Ramiz Novruz Ramiz Məliki yumruqlayıb. Nəticədə ikincinin gözünün altı qaralıb və paltarı cırılıb.

Bir müddət əvvəl ağır ürək əməliyyatı keçirən Ramiz Məlik aktyorların köməyi ilə Ramiz Novruzun əlindən güclə alınıb. Xəsarət alan xalq artisti polisə (102) müraciət edib. Bir qədər sonra xalq artistləri Yasamal Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıblar.

Xalq artisti Ramiz Novruz isə faktı təsdiqləyib. O, belə bir hadisənin olduğunu və buna təssüfləndiyini bildirib. Danişa bilmədiyini deyən xalq artisti olduğu yerdən polis bölməsinə gedəcəyini vurğulayıb.

“Bizim aramızda dava teatrın direktoru İsrafil İsrafilov məsələsinə görə olmayıb. Bu barədə deyilənlər tamamilə yanlışdır”.

 

Bunu APA-ya Azərbaycanın xalq artisti Ramiz Məlik deyib. Onun sözlərinə görə, həmkarı, xalq artisti Ramiz Novruzla aralarındakı mübahisəyə səbəb Yuğ Teatrının rejissoru Gümrah Ömərin Akademik Milli Dram Teatrının kollektivini təhqir etməsi olub:

“Ramiz Novruz Gümrah Öməri müdafiə etmişdi. Biz də dedik ki, o, nəyə görə öz sənət dostlarını yox, teatrı təhqir edən adamı müdafiə edir? O da dedi ki, düz edib. Mən Ramiz Novruzla normal söhbət edirdim, o isə qadını, qızı ortalığa qoydu, söyüş söydü və gözləmədiyim anda mənə yumruq atdı. Mən polisə şikayət etmişəm, polis araşdırsın, hüquqi qiymət versin”.

R.Məlik əlavə edib ki, hadisə baş verəndə onların yanında xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı, əməkdar artist Sabir Məmmədov və başqaları olub.

Xalq artisti Ramiz Novruz APA-ya baş verən hadisəyə görə həmkarından üzr istəməyə hazır olduğunu bildirib.

Həmkarının üzr istəyib bağışlanmasını xahiş etməsinə Ramiz Məlikin münasibəti belə olub:
 

“Ramiz Novruz Akademik Milli Teatrının kollektivinin qarşısında üzr istəsə, onu bağışlayacağam. Bu, yalnız ikimiz arasında olan məsələ deyil. Teatr tək mənim deyil, bütün xalqındır və o teatrda Azərbaycanın böyük sənətkarları çalışıb. Ona görə də Ramiz Novruz teatrın kollektivinin qarşısında üzr istəsə, onu bağışlayaram”.

Xatırladaq ki, bundan əvvəl aktyorlar Ramiz Məliklə Ramiz Novruz arasında Facebook sosial şəbəkəsində söz davaları olmuşdu.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.