Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov kabel televiziyaları operatorlarının təqdim etdiyi paketə daxil edilən kanalların sayının azaldılması və yaxud da kanalların dəyişdirilməsinə münasibət bildirərkən qeyd edib:
“Müqavilə imzalanan zaman siyahıda olan kanalın sonradan baza paketindən çıxarılıb, paketə başqa kanalın daxil edilməsi, və ya kanalların sayının azaldılması birmənalı şəkildə hüquqların pozulması, müqavilə öhdəliklərinə əməl edilməməsidir”.
O qeyd edib ki, müqavilə şərtlərinin pozulmasına görə hər bir şəxs üçün 1500 manat cərimə tətbiq oluna bilər.
E.Hüseynov bildirib ki, bununla bağlı istehlakçılardan şikayətlər də olub:
“Ölkədə bu problem yaşanır. Kabel televiziya operatorları üzərlərinə götürdükləri müqavilə şərtlərini yerinə yetirmirlər. Bununla bağlı bizə telefon zəngləri daxil olur”.
Kabel televiziya operatorlarından olan KATV1-dən Gün.Az-a bildirilib ki, baza paketinin dəyişdirilməsi zamanı abunəçilərin rəyləri nəzərə alınır:
“Biz daha maraqlı və baxımlı kanalları baza paketinə daxil edirik”.