Xəbərlər

Təhsil Nazirliyi müsabiqənin nəticələrini açıqladı: 2233 müəllim işə qəbul edilib
24 avqust, 2015 17:05

Təhsil Nazirliyindən Gün.Az-a verilən məlumata əsasən, müsabiqədə iştirak etmək üçün 3462 vakant yerə 24437 nəfər ərizə verib. 

Onlardan 21795 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin birinci mərhələsinə - test imtahanlarına buraxılıb. Müsabiqənin birinci yerləşdirilməsi nəticələrinə görə, 1877 nəfər işə qəbul olunmaq hüququ qazanıb.

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlər üzrə əlavə yerləşdirilmə aparılıb. Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 3599 nəfər əlavə yerləşdirmədə iştirak üçün müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 356 nəfər işə qəbul olunub.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 2233 nəfər işə qəbul edilib. Onlardan 1589 nəfərinə (71%) həvəsləndirmə tədbirləri tətbiq olunub. Bu il müsabiqə nəticəsində vakant yerlərin tutulma göstəriciləri ötən ilin nəticələrindən 32 % artıqdır. Belə ki, ötən tədris ilində işə qəbul olunanların sayı 1692 nəfər olmuşdusa, cari dərs ilində onların sayı 540 nəfər artıb.

Bu il keçirilmiş müsabiqədə 20 min nəfərdən çox namizədin iştirak etməsinə baxmayaraq, nəticələrdən apellyasiya şikayəti verən olmayıb.

Aytən

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.