Avropa Liqası: “Qəbələ” – “Panatinaikos” oyunu heç-heçə başa çatıb
21 avqust, 2015 13:56
“Qəbələ” öz meydanında Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşıb.
III təsnifat mərhələsində Kiprin APOEL klubunu mübarizədən kənarlaşdıran “qırmızı-qaralar” qrup mərhələsinin bir addımlığında “Panatinaikos”la üz-üzə gəlib.
Təmsilçimiz bir neçə dəfə cəhdlər etsə də oyunda hesabı açmaq mümkün olmayıb. Matç başladığı kimi də qolsuz başa çatıb.
UEFA Avropa Liqası
Pley-off mərhələsi
İlk oyun
“Qəbələ” – “Panatinaikos” (Yunanıstan) - 0:0