"Qanlı Yanvar" beynəlxalq festivalda nümayiş olunacaq
21 avqust, 2015 13:55
Gün.Az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, ekran əsəri noyabrın 13-dən 29-dək Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək XIX "Black Nights" film festivalında nümayiş olunacaq.
Bununla bağlı festivalın prezidenti Tiina Lokk filmin quruluşçu rejissoruna dəvət məktubu göndərib.
1997-ci ildən Estoniya paytaxtında keçirilən və Avropanın ən böyük film festivallarından sayılan "Black Nights" Ümumdünya Prodüsserlər Assosiyasiyası (FIAPF) tərəfindən akkreditə olunub.
Qeyd edək ki, Azərbaycan xalqının mübarizəsinin əks olunduğu ekran əsəri avqustun 27-dən sentyabrın 7-dək Kanadada keçiriləcək 36-cı Monreal film festivalına da dəvət alıb.