Xəbərlər

Niyazinin doğum günüdür
20 avqust, 2015 14:47

Niyazi Zülfüqar oğlu Tağızadə – Hacıbəyov 1912-ci ildə 20 avqustda Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. İlk təhsilini Bakı Musiqi Texnikumunda alıb. Lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrada (indiki Sankt-Peterburq - red) şəhərlərinə gedib.

İdmanı sevib və bilavasitə onunla məşğul olmuş Niyazi 1946-60-cı illərdə Azərbaycanın Ağır Atletika Federasiyasına rəhbərlik edib.

Lakin geniş istedad sahibi Niyazi sənətsevərlərin yaddaşında görkəmli rejissor və bəstəkar kimi yer tutub. “Xosrov və Şirin” operasının, “Zaqatala süitası”, “Qaytağı”, “Konsert valsı” simfonik əsərlərinin və s. əsərlərin müəllifi olan Niyazi həm də Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında “Çitra” baletini (1962) yaradıb.

Niyazi, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləyib, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota salıb.

1951 – 1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülüb.
 

Niyazi 1984-cü il avqustun 2-də Bakıda vəfat edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.