“Vatan” qəzetinə istinadən xəbər verir ki, Hindistanın İndor şəhərində yaşayan vəkil Kamleş Vasvani təsadüfən girdiyi internet-klubda “pornosayt bumu”nu görərək əxlaqsızlıq təbliğ edən internet resurslarına qarşı mübarizəyə başlayıb.
Vəkil pornosaytlara qarşı mübarizənin zəruriliyini belə əsaslandırmağa çalışıb:
“Ali Məhkəməni bəzi qərarlarını əldə etmək üçün internet-kluba getmişdim. Açılan hər səhifədən pornoqrafik reklamlar fışqırır. Ətrafdakı istifadəçilərin də əksəriyyəti uşaqlardır. Onlar heç nədən çəkinmədən pornofilmlərə baxırdılar”.
Bundan sonra hüquq müstəvisində mübarizəyə başlayan vəkil K.Vasvani 857 pornosaytın qapanılmasına nail olub.
O, bununla dayanmaq niqqətində deyil və “Hitlerdən, QİÇS-dən daha təhlükəli” hesab etdiyi pornosaytların tam qapadılmasına çalışacağını deyib.