Xəbərlər

Azərbaycanlı idmançı Ramzan Kadırovla döyüşə çıxıb
19 avqust, 2015 10:04

ANS Press-ə istinadən verdiyi xəbərə əsasən, Səmədovun şəxsi “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, Çeçenistana səfəri zamanı Azərbaycan döyüşçüsü respublikanın prezidenti Ramzan Kadırov ilə görüşüb.

Zabit Səmədov Ramzan Kadırovla sparrinq-döyüş keçirib. Onun sözlərinə görə, döyüş Çeçenistan rəhbərinin iqamətgahında baş tutub.

Döyüşdən sonra Ramzan Kadırov şəxsi instaqram səhifəsində görüşlə bağlı fikirlərini yazıb:

“Bazar axşamı mən məşhur dünya kikboksçusu, əziz qardaşım Zabit Səmədovla rinqdə görüşdüm. Biz qardaşcasına sparrinq keçirdik. Boks 4 raund davam etdi. Zabit əla reaksiyaya malikdir, gözəl müdafiə olunur, hücum döyüşünü sevir.

Biz bir-birimizə bir sıra zərbələr vurduq. Zabit Səmədovla bir rinqdə olmaq mənim üçün böyük şərəfdir. O, idman aləmində layiqli yer tutub, böyük əmək, güclü iradə və məqsədyönlü olması sayəsində nəticələr əldə edib və tanınıb”.

Zabit Səmədov Qroznı şəhərində avqustun 22-də keçiriləcək turnirin əsas döyüşlərindən birinə çıxacaq. Azərbaycanlı idmançının rəqibi təcrübəli bosniyalı döyüşçü Dzevad Poturak olacaq. Turnir Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun nəzarəti altında keçiriləcək.

Turnirin qonaqları arasında ağır çəki dərəcəsində keçmiş “Qaydasız döyüş” üzrə çempion Frenik Mir, orta çəki dərəcəsində “Qarışıq döyüş” üzrə Kris Baydmən, “Qaydasız döyüş” üzrə müvəqqəti çempion Fabrisio Verdum, ikiqat “World Grand Prix K-1” turnirinin qalibi Bədr Xari, güləş üzrə üç qat Olimpiya çempionu Buvayser Saytisev də olub.

Turnir çərçivəsində keçirilən 17 döyüşdən 14-də Respublikanın “Əhməd” idman klubunun yetişdirdiyi çeçen idmançıları iştirak ediblər.
Gecənin əsas hadisəsi Əbdül Kərim Ədilovun braziliya döyüşçüsü Tyaqova Monako Tosato ilə görüşü olub. Elə ilk görüşdə “çeçen şiri” Monakolu rəqib üzərində qalib gəlib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.