Xəbərlər

Topaz Premyer Liqasının II turu: "İnter" "Neftçi"ni məğlub edib
19 avqust, 2015 10:03

apasport.az-a istinadən məlumatına görə, turun son oyun günündə ötən mövsümün gümüş mükafatçısı “İnter” “Neftçi”ni qəbul edib. 

Avroliqada mübarizəni dayandırdıqdan sonra milli çempionata da yaxşı başlaya bilməyən rəqiblər ikinci qarşılaşmada vəziyyəti düzəltmək arzusunda idilər.

Oyuna gəlincə, artıq 16-cı dəqiqədə Xuan Albertonun qırmızı vərəqə alması “Neftçi”ni çətin vəziyyətdə qoyub. Say üstünlüyündən istifadə edən meydan sahibləri fasilə ərəfəsində sabiq "Neftçi"li Denis Silvanın başla vurduğu qol sayəsində hesabı açıb.

Sona 11 dəqiqə qalmış İlkin Qırtımovun da meydançadan qovulması ilə futbolçuların sayı bərabərləşib. Lakin "Neftçi"nin son dəqiqələrdəki təzyiqi bir nəticə verməyib və "İnter" ilk qələbəsini qazanıb.

Topaz Premyer Liqası

II tur

17 avqust (bazar ertəsi)

“İnter” – “Neftçi” - 1:0

Qol: D. Silva, 45

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.