TQDK- ya istinadən Gün.Az-ın məlumatına görə, qəbulda Xızı rayonunun sakinləri ilə yanaşı, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan, Şuşa rayon və şəhərlərinin sakinləri iştirak edə bilərlər.
Qəbul saat 11:00-da Xızı şəhəri Heydər Əliyev Mərkəzində (Xızı şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Xaçmaz regional bölməsinə (Ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küç., 7b ; Tel.: (023) 325-01-21) müraciət etmələri xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar avqustun 19-dan 27-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Xızı, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan, Şuşa rayon və şəhər təhsil şöbələrinə də müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı