Xəbərlər

Bakıda saxta məktəbli formaları istehsal edən müəssisə aşkar olunub
19 avqust, 2015 10:00

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə daxil olan məlumatlar əsasında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi ev 2 ünvanında yerləşən fiziki şəxs Abbasova İradə Əli qızına məxsus məktəbli formalarının tikişi ilə məşğul olan müəssisədə dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı məlum olub ki, “Uluxanlı” nişanı ilə istehsal olunan geyimlər təhlükəsizliyi, keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarılır.

Belə ki, istehsal texnoloji təlimat olmadan həyata keçirilir, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib.

Müəssisə laboratoriya ilə də təmin olunmayıb və hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi yoxdur. Müəssisə həmçinin keyfiyyət və təhlükəsizlik göstəricisi olan uyğunluq sertifikatı ilə təmin olunmayıb.

Müəssisədə "Bakı Tikiş Evi" MMC-yə məxsus "BTE" əmtəə nişanından istifadə edilərək saxta məktəbli formalarının istehsal olunduğu müəyyən edilib.

Faktla bağlı araşdırma davam edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.