Qumarbazın rəqib komandaya transferinə görə iki nəfər öldürüldü
19 avqust, 2015 09:59
“Vatan” qəzetinə istinadən xəbər verir ki, Antalyada ötən gün gecə saatlarında şəhərin mərkəzindəki Yavuz Özcan Parkında meydana gəlmiş atışmanın səbəbi müəyyənləşib.
Məlumata görə, atışma parkda qanunsuz fəaliyyət göstərən loto zalında qumar oynayan iki qrup arasında baş verib.
Tərəflər arasında yaranan mübahisə daha sonra silahlı toqquşmaya çevrilib və nəticədə iki nəfər öldürülüb, iki nəfər isə yaralanıb.
Dava iştirakçılarının polisə verdikləri ifadələrdə atışmanın tanınmış bir qumarbazın həbsxanadan çıxdıqdan sonra rəqib komandaya keçməsi səbəbindən baş verdiyi bildirilib.