Xəbərlər

“Silk Way West” hava gəmiləri parkına yeni “Boeing 747-8 Freighter” təyyarəsini əlavə edib
19 avqust, 2015 09:57

“Silk Way West” aviaşirkətinin mətbuat xidmətindən bildirilib ki, “Boeing 747-8 Freighter” ilə yanaşı, aviaşirkət üç “Boeing 747-400 Freighter” təyyarəsini də istismar edir.

“Boeing” korporasiyası ilə imzalanan müqaviləyə əsasən, “Silk Way West” daha iki “Boeing 747-8 Freighter” alacaq. Təyyarələrin 2016-ci ilin birinci yarısında Azərbaycana gətirilməsi planlaşdırılır.

“Silk Way West” yeni “Boeing 747-8 Freighter” təyyarələrini almaqla yük aviadaşımaları sahəsindəki biznesini əhəmiyyətli dərəcədə genişləndirmək istəyir. Yeni “Boeing 747-8 Freighter” təyyarəsi Sinqapur və Komatsuya (Yaponiya) uçuşlar həyata keçirəcək.

Analoji modellər ilə müqayisədə “Boeing 747-8 Freighter”in rəqibləri yoxdur. Yük aviadaşıyıcıları üçün ən aşağı istismar xərcləri, böyük yük təyyarələri sinfində maksimum səmərəlilik, həmçinin təkmilləşdirilmiş ekoloji göstəriciləri təmin edir.

“Silk Way West” regionda ən iri yük daşımaları həyata keçirən aviadaşıyıcıdır. Aviaşirkət bütün dünyaya, o cümlədən Avropa, Yaxın Şərq və Şərqi Asiyaya çarter və müntəzəm reyslər həyata keçirir. Ötən il “Silk Way West” Airlines Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən ABŞ-a uçuşlar üçün icazə alıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.