Məşqə silahla gələn futbolçu kimdir?
18 avqust, 2015 21:21
“Hürriyet” qəzetinə istinadən xəbər verir ki, TRT-nin “Trabzonspor” klubu ilə işləyən müxbiri Barış Yurduseven adıçəkilən komandada çıxış edən legioner futbolçunun məşqə belində silahla gəldiyini bildirib.
Telejurnalist bu barədə özünün “Twitter” hesabında belə yazıb:
“Bir futbol komandasında oyunçu məşqə belində silahla gəlirsə, tövsiyə edirəm: futbolçu yox, psixoloq transferinə diqqət yetirin”.
B.Yurduseven məşqə silahla gələn futbolçunun əcnəbi olduğunu yazsa da, onun adını açıqlamayıb.