Habil Əliyevin həkimi jurnalistlərlə görüşəcək
18 avqust, 2015 21:20
Kaman ustasının həyat yoldaşı Şərqiyyə ƏliyevaGün.Az-a açıqlamasında bildirib ki, dünən Türkiyədən gələn həkim Özkan Ocak H.Əliyevi müayinə edib.
Bu gün saat 12:00-da Mərkəzi Kliniki Xəstəxanada türkiyəli həkim Habil Əliyevin səhhəti ilə bağlı mətbuat konfransı keçirəcək. Kaman ustasının səhhəti ilə bağlı jurnalistlər məlumatlandırılacaq.
Sənətçinin xanımının sözlərinə görə, hazırda isə onun səhhəti orta olaraq qalır:
“İrəliləyiş yoxdur. Habil süni nəfəs aparatına qoşulub, sadəcə gözlərini açır, baxır, vəssalam”.
Xatırladaq ki, 88 yaşlı xalq artisti, kaman ustası H.Əliyev ürək və ağciyər xəstəliyindən əziyyət çəkir.