Bakıda UEFA-nın “B” kateqoriyalı məşqçi kursu keçiriləcək
17 avqust, 2015 09:30
AFFA-dan bildiriblər ki, kursun birinci mərhələsi sentyabrın 7-dən 11-dək təşkil olunacaq. Sentyabrın 21-25-də kursun ikinci, ayın 28-dən oktyabrın 4-dək isə üçüncü mərhələsi baş tutacaq.
Kursda iştirak etmək üçün ərizə, şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında arayış, 3x4 ölçüdə iki şəkil, “C” lisenziyası və diplomun surəti tələb olunur.
Həmin kurslarda iştirak üçün həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək lazımdır. Sənədlər avqustun 21-dək qəbul olunur.