Xəbərlər

Azərbaycanda rəqəmli yayıma keçid bu il tam başa çatdırılacaq
17 avqust, 2015 09:24

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, ilin əvvəlindən rəqəmli yayıma tam keçidlə əlaqədar ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin, əhatə zonasının genişləndirilməsi məqsədilə əlavə olaraq 41 müxtəlif təyinatlı TV-radio avadanlığı istismara verilib. Onlardan 22-si rəqəmli “DVB-T”, 4-ü isə rəqəmli “DVB-T2” vericiləri olub.

Hazırda ölkə ərazisində 110 rəqəmli verici vasitəsilə rəqəmli yayım təşkil edilir. Artıq ölkə əhalisinin yaşadığı ərazilərin 99 faizi açıq paketlə (10-11 TV proqram) rəqəmli televiziya və radio yayımı ilə təmin edilib. Bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb.

Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahə üzrə apardığı araşdırmaların nəticəsi olaraq 2006-cı ilin mayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş Regional Radiorabitə Konfransında rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq qərarlar qəbul edilmiş və 2015-ci ilədək bu keçidin başa çatdırılması barədə razılıq əldə olunmuşdu.

Layihənin həyata keçirilməsinin məqsədi mərhələ-mərhələ ölkənin bütün ərazisində televiziya yayımının analoq standartından rəqəmli standarta keçidini təmin etməkdən ibarətdir. Rəqəmli yayıma keçid geniş çeşidli və irihəcmli məlumatların böyük sürətlə və yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasına imkan verəcək.

Dünyada gedən proseslərə uyğun olaraq, Azərbaycanda da bu yayım üsuluna keçid üzrə sınaq yayımına 2004-cü ildə başlanılıb. Respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədə uyğun hesab edilib və Nazirlər Kabinetinin 2011-ci il fevralın 10-u tarixli Qərarı ilə “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq olunub.

Respublikada rəqəmli TV proqramların qəbulu üçün əhali tərəfindən rəqəmli televizor və ya qəbuledici/çevirici qurğulardan (set-top boks) istifadə edilməsi zəruri hesab olunur. Hazırda ölkədə rəqəmli çevirici qurğuların istehsalına başlanılıb, eyni zamanda xaricdə istehsal olunan çevirici qurğu və televizorların da respublikada satışı həyata keçirilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.