ABŞ-ın sabiq prezidenti xərçəng xəstəliyinə tutulub
13 avqust, 2015 11:32
Bu barədə NBC kanalı Karterin nümayəndəsinə istinadən xəbər verib.
Sabiq prezident qaraciyər xərçəngindən əziyyət çəkir, amma xəstəlik onun digər orqanlarına da yayılıb.
Karterdə xərçəng xəstəliyi bu yaxınlarda keçirdiyi əməliyyat zamanı aşkarlanıb.
ABŞ prezidenti Barak Obama sabiq dövlət başçısına tezliklə sağalmağı arzu edib.
Karter yaxın günlərdə Corciya ştatındakı Atlanta xəstəxanasında müalicəyə başlayacaq.
Qeyd edək ki, ABŞ-ın 39-cu prezidenti olmuş Cimmi Karter dünyadakı münaqişələrin sülh yolu ilə həlli üzrə səylərinə və insan haqları uğrunda mübarizəyə görə 2002-ci ildə Nobel Sülh mükafatı alıb.