Tanınmış qiraətçi: “Atlar ölüb, itlərin bayramıdır...”
12 avqust, 2015 16:18
Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nurun mətbuata müsahibəsində səsləndirdiyi fikirlərə münasibətini bildirərkən deyib.
A.Bayramov “Facebook”-dakı şərhində qeyd edib ki, bunun özu kimi gopçu, yaltaq, iki sifət, riyakar, yersiz danışan, lovğa, yerin bilməyən adam görməyib.
“Bunu yaxşı tanıyıram...
Aktyorluğu da, səsi də bir qəpiyə dəyməz!!!!!
Atlar ölüb, itlərin bayramıdır...” - deyə, o, daha sonra qeyd edib.
Qeyd edək ki, Ə.Nur müsahibəsində teatr rəhbərliyinin və bəzi həmkarlarının ünvanına xeyli ittihamlar səsləndirərək “Məşhur rus tənqidçisi Popov deyir ki, aktyor dünyanın ən yaltaq, iki sifətli, ən qorxaq, rəzil, cəsarətsiz və şərəfsiz varlığıdır. Aktyor heç vaxt durub direktorla, nazirlə, nazir müavini ilə “razborka” edə bilmir” - deyə, bildirib.