Bəy öz uşaqlıq fotosunda gələcək nişanlısını tapdı – inanılmaz təsadüf
12 avqust, 2015 16:15
Böyük Britaniyada yaşayan Nik Ulier və Eymi Meyden toylarından əvvəl bəyin nənəsinin evində köhnə fotoşəkillərə baxarkən maraqlı təsadüflə üzləşiblər.
Onlar baxdıqları şəkillərdən birində Nikin çimərlikdəki təsvirini və arxa planda isə Eyminin də kadra düşdüyünü görüblər.
Nikin şəklində arxa planda kadra düşən kiçik qız (Eymi) ondan qabaqda dayanmış oğlanın onun gələcək həyat yoldaşı olacağını heç düşünə bilməzdi də.
O şəkil 1994-cü ildə Eyminin yaşadığı Mausholl şəhərində çəkilib. Nik isə həmin gün Mausholla ailəsi ilə bir günlük istirahətə gəlibmiş.