Xəbərlər

Cəlilabadda Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolu istifadəyə verilib
11 avqust, 2015 16:17
Azərtac-a istinadən verdiyi xəbərə əsasən, ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi, yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması ilə bağlı layihələr uğurla davam etdirilir. 
 
Bu gün beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, rayon və kənddaxili yolların müasir səviyyəyə çatdırılmasına xüsusi diqqət verilir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, ölkəmizin şəhər və rayonlarında mövcud avtomobil yollarının əsaslı təmiri və ya yenidən qurulması ümumilikdə regionların sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı yolu da bu baxımdan vacib əhəmiyyət daşıyır.
 
Prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
 
Rayon sakinləri Baxış Mustafayev, Lyubov Danilova və Böyükxan Bağırlı respublikamızın bütün bölgələri kimi, Cəlilabadın da inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdilər.
 
Sonra xatirə şəkli çəkdirildi.
 
Daha sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
 
Tikintisinə 2014-cü ilin mayında başlanılan bu yolun inşası yüksək səviyyədə və keyfiyyətlə aparılıb. Yolun istifadəyə verilməsi həmin kəndlərdə yaşayan sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, bu kəndlərin inkişafında da mühüm rol oynayacaq.
 
Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun inşası üçün dövlətimizin başçısının 2013-cü ildə imzaladığı Sərəncama əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Tikintinin davam etdirilməsi məqsədilə ötən il imzalanan Sərəncamla isə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılıb.
 
Avtomobil yolunun ümumi uzunluğu 21 kilometr, eni 8 metrdir. Yol dördüncü texniki dərəcəlidir. Bu yola 130 min kvadratmetrlik ikiqat asfalt döşənib. Altı yaşayış məntəqəsini, o cümlədən Alar, Təzəkənd, Üçtəpə, Əliqasımlı, Cəfərxanlı və Gülməmmədli kəndlərini əhatə edən yol ümumilikdə 23 mindən çox əhaliyə xidmət göstərəcək.
 
Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərdəki ara yolların müasir səviyyəyə çatdırılması bir daha sübut edir ki, respublikada gedən sürətli sosial-iqtisadi inkişaf hər bir ucqar kəndi də geniş əhatə edir və ölkəmizin bütün vətəndaşlarına bu tərəqqidən pay düşür.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.