Futbolçunun arvadına görə mağazanı bağladılar
11 avqust, 2015 16:16
“Milliyet” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça”nın yeni transferi Naninin arvadı Daniela Martins həftəsonu İstanbulda alış-verişə çıxarkən xoş sürprizlə qarşılaşıb.
Lüks geyim mağazasının rəhbərliyi D.Martinsin ora gəldiyini görüb əsas şöbələrdən birini digər müştərilər üzünə bağladıb.
Mağazanın jestindən məmnun qalan D.Martins özünün “İnstaqram” səhifəsində buna görə təşəkkürünü bildirib.