Ferqyusonda əhali ilə polis arasında yeni toquşma baş verib
11 avqust, 2015 16:12
Rusiya mətbuatına istinadən xəbər verir ki, bazar ertəsindən çərşənbə axşamına keçən gecə Ferqyuson sakinləri bir il əvvəl polisin qətlə yetirdiyi qaradərili gənc Maykl Braunun xatirəsinə anım yürüşü təşkil ediblər.
Məlumata görə, polis əməkdaşları yürüşün keçirildiyi səkidən hərəkət yoluna çıxan onlarla iştirakçını həbs edib.
Buna etiraz edən digər iştirakçılar polislərə daş və başqa əşyalar atıblar. ABC telekanalı bir polis əməkdaşının etirazçılara qarşı gözyaşardıcı qaz balonundan istifadə etdiyini bildirib.
Bu günlərdə yaxınlıqdakı Sent-Lisdə də gərginlik yatanıb. Polislə şəhərdəki Federal məhkəməyə doğru hərəkət edən kütlə arasında baş vermiş toqquşmadan sonra 50 nəfər həbs olunub.
Ferqyusonda yenidən fövqəladə əziyyət elan olunub.