Xəbərlər

“Bakı Metropoliteni” müasir təcili texniki yardım maşınını istifadəyə verib
11 avqust, 2015 16:10

QSC-dən bildirilib ki, yeraltı nəqliyyatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Elektrik təchizatçıları elektromexanika xidməti ilə yanaşı, yeni təcili texniki yardım avtomobili ilə də təmin olunublar. 

Xidmətin kabel təsərrüfatı distansiyasının təmirçiləri fövqəladə və qəza halları zamanı hadisə yerinə yeni xüsusiləşdirilmiş avtomobillə yollanacaqlar. Bütün müvafiq avadanlıq və alətlərlə təchiz edilən texniki yardım kiçik avtolaboratoriyadır.

Çağırışların xüsusiyyəti əsasən eyni olduğundan, elektriklər üçün alınmış “Ford Tranzit” markalı avtomobilin təchizatı da elektromexanika xidməti üçün ayrılmış maşınla eynidir. 220 volt və 380 volt gərginliyi təmin edən generator, məngənə dəzgahı, perforator, universal drel, laqunda və sair kimi alətlər burada da var. Avtomobillər arasında müəyyən fərqlərin olması da gözdən qaçmır. 

Kabellərin zədəsini, xətalarını təyin edib, onun xarakteri barədə operatora avtomatik məlumat verən cihaz xüsusi qeyd edilməlidir. Bu cihaz, bir sıra alətlərin avtomatik işləməsi ilə işçi qüvvəsindən səmərəli istifadəyə şərait yaradır. Təcili texniki yardım avtomobilinin iki salonu 6 nəfərlik yardım heyəti üçün nəzərdə tutulub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.