Azərbaycanın dövlət başçısı Sinqapur prezidentini təbrik edib
10 avqust, 2015 10:02
AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
Hörmətli cənab Prezident,
Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və rifah arzulayıram.