“Onun atası” psixoloji dramı çəkilir
10 avqust, 2015 09:59
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ekranlaşdırılacaq film psixoloji dram janrındadır.
“Onun atası”nın ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları xalq artisti Məbud Məhərrəmov, əməkdar artist Şamil Süleymanov, aktrisa Ülviyyə Rza və digərləri canlandırırlar.