Xəbərlər

Qənirə Paşayeva gənclərimizi orta məktəb illərindən tariximizi, Azərbaycan həqiqətlərini yaxşı öyrənməyə çağırıb
06 avqust, 2015 13:57

Qənirə Paşayeva hər bir gəncimizi orta məktəb illərindən tariximizi, Azərbaycan həqiqətlərini  yaxşı öyrənməyə çağırıb. 

O bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir. 

Mən hesab edirəm ki, gənclər tələbə adını qazanmaq üçün bütün qruplar üzrə riyaziyyat fənn ilə bərabər Azərbaycan tarixi fənnində də imtahan versələr yaxşı olar deyən millət vəkili Qənirə Paşayeva bu təklifi bir neçə dəfə səsləndirdiyini deyərək bildirib ki, Azərbaycan tarixi hər bir gəncimizin ən yaxşı oxuduğu fənn olmalıdır söyləyib. 

Məktəblilərin Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızla bağlı suallarını da cavablandıran Q. Paşayeva onlara bu gün Ermənistan adlı dövlətin üzərində qurulduğu tarixi torpaqlarımızı və oradakı tariximizi də dərindən öyrənməyə və sosial media, şəbəkələrdə daim Azərbaycan həqiqətlərinin yayılmasında aktiv olmağa çağırıb. 

Qənirə Paşayeva görüşdə iştirak edən hər bri məktəbliyə Azərbayvan tarixi, işğal altında olan torpaqlarımızla bağlı kitablar, əsərlər hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. O, uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamandan faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. 

“Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!” Millət vəkili gənclərə eyni zamanda müxtəlif sahələri əhatə edən çoxlu kitablar da hədiyyə edib. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.