Bir ayda 1636 halda əmək qanunvericiliyi pozulub
07 avqust, 2015 13:46
Nazirliyə istinadən xəbər verir ki, aparılan təhlillər nəticəsində hüquq pozuntularına əsasən özəl sektora aid müəssisələrdə, ticarət, xidmət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verildiyi müəyyən olunub.
DƏMX aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun şəkildə tədbirlər görüb, habelə əmək qanunvericiliyinin pozulması hallarına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, aidiyyəti işəgötürənlərə müvafiq məbləğlərdə cərimələr tətbiq edib. Cərimələrin ümumi məbləğinin 30 faizi (172608 manat) dövlət büdcəsinə ödənilib. Bu da ötən ilin iyul ayına dair müvafiq göstərici ilə müqayisədə 37,5 faiz çoxdur.
“DƏMX tərəfindən dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, eyni zamanda işəgötürənlər arasında ardıcıl olaraq təbliğat-məlumatlandırma işlərinin aparılması iş yerlərində əmək qanunvericiliyinin pozulması hallarının ötən ay 11,2 faiz, ümumən cari ilin yanvar-iyul aylarında isə 12,5 faiz azalmasına səbəb olub”-,məlumatda qeyd olunub.