"Qəbələ" Avropa Liqasının pley-off mərhələsinə yüksəldi
07 avqust, 2015 14:04
APA-ya istinadən məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Bakıda “Bakcell arena”da Kiprin “Apollon” klubunu qəbul edib.
Səfərdə 1:1 hesablı heç-heçəyə nail olan “Qəbələ” 1:0 hesablı qələbə qazanaraq tarixində ilk dəfə avrokubokda pley-offa yüksəlib.
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
"Qəbələ" (Azərbaycan) - "Apollon" (Limassol, Kipr) - 1:0
Qol: Cavid Hüseynov, 80 (pen.)
Baş hakim: Duarte Nunu Pereyra Qomes
Bakı. "Bakcell Arena"
İlk oyun – 1:1