Şəkidə ilk dəfə “Nağara 2015” Beynəlxalq Zərb Alətləri Festivalı keçiriləcək
07 avqust, 2015 14:00
Mədəniyyət və Turizm Nazirliyindən Gün.Az-a verilən məlumata əsasən, festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan məhşur ritm ifaçıları iştirak edəcək.
Mərasimin təntənəli açılış mərasimi avqustun 22-də olacaq.
Daha sonra, yəni ayın 23-də Özbəkistanı təmsil edən Abbos Kasimov və “Abbos” qrupunun, 24-də İranı təmsil edən “Lian” qrupunun, 25-də Türkiyəni təmsil edən Suat Borazan və “İstanbul Harem” qrupunun konsertləri olacaq.
Avqustun 26-da isə “Natiq ritm” qrupunun konserti və “Nağara 2015” Beynəlxalq Zərb Alətləri Festivalının bağlanış mərasimi keçiriləcək. Konsertlər Şəki şəhərindəki Yaşıl Teatrda baş tutacaq.
Bundan başqa, avqustun 23-dən 26-dək Şəki şəhərindəki Karvansarayda Natiq Şirinov, Abbos Kasimov, “Lian” qrupu və Suat Borazanın ustad dərsləri təşkil olunacaq.
Festival Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilir.