Lamuryö orkestri yeni mövsümü Azərbaycan incəsənət ustalarının çıxışı ilə açacaq
04 avqust, 2015 15:06
Orkestrə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edəcək. Konsertdə kamançada Elşən Mansurov, tarda Malik Mansurov, fortepianoda Emil Əfrasiyab, Murad Hüseynov, skripkada Səbinə Rakçeyeva, Nəzrin Rəşidova çıxış edəcəklər.
Festivalın rejissoru Lamuryö orkestrinin yeni bədii rəhbəri Pyer Tillodur.
Konsertdə Ü.Hacıbəyli, P.Dyuka, Q.Qarayev, F.Əmirov, H.Xanməmmədov, V.Mustafazadə və P.Tilloyun əsərləri səsləndiriləcək.