Nikah üçün tibb arayışı da “ASAN xidmət”dən almaq mümkün olacaq
04 avqust, 2015 15:04
“ASAN xidmət”ə istinadən verdiyi xəbərə əsasən, vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər.
Arayışın əldə edilməsi üçün zəruri olan sənədlər:
- Nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti.
Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir.
Qeyd edək ki, yalnız “ASAN xidmət” mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı