Xəbərlər

Ekspert istilərlə bağlı sürücülərə xəbərdarlıq etdi
03 avqust, 2015 15:03
Bunun nəticəsində tormozlanma çətinləşir, yəni tormoz məsafəsi artır.
 
Məlumdur ki, asfalt və ya asfalt-beton yol belə havada 70-80 (bəzən daha çox) dərəcə selsi qıza bilər.
 
Gün.Az xəbər verir ki, bunu ekspert Ərşad Hüseynov öz facebook statusunda qeyd edib.
 
Onun qeyd etdiyinə görə, bu səbəbdən asfaltın tərkibindəki bitum cüzi də olsa üzə çixmaqla sürüşkən təbəqə yarada bilər. 
 
“Bu isə ilişmənin əhəmiyyətli dərəcədə pisləşməsi deməkdir. Belə qızmar havada təkərlərin özləri də daha çox qızır. Düzdür, sanballı istehsalçılar bunu nəzərə alırlar, amma yenə də təkərin özünün qızması da ilişməni pisləşdirir.
 
Ona görə də qızmar havada, xüsusən bitumu görünən, yaxud təzə çəkilmiş (qap-qara rəngdə olan) yollarda ehtiyatlı olun, ara məsafəsini daha artıq saxlayın, habelə, yüksək sürətdən və sərt manevrlərdən çəkinin” - deyə, o, daha sonra qeyd edib.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.