Cinayətkar izi itirmək üçün barmaqlarını yedi
04 avqust, 2015 15:02
“Posta” qəzetinə istinadən xəbər verir ki, Florida ştatında yaxalanan bir avomobil oğrusu barmaq izinin başına bəla olmaması üçün seçdiyi variant polisləri də şoka salıb.
Kenzo Roberts adlı şəxs oğurladığı bir maşınla Floridada yaxalanıb və həbs edilib. Bu yaxalama onu ələ keçirən polis qrupu üçün adi bir saxlanma hadisəsi idi.
Saxta şəxsiyyət vəsiqəsi və saxta kredit kartı ilə yaxalanan K.Roberts həm də icazəsiz silah daşımaqda ittiham olunub.
Bölməyə aparılmaq üçün polis maşınına mindirilən oğru orada ağlagəlməz addım ataraq onu ələ verəcək barmaq izlərindən qurtulmaq üçün barmaqlarını yeməyə başlayıb.
Barmaqlarından bəzi parçaları qoparıb udduğu maşındakı kameralara düşən K.Roberts əvvələr də iki müxtəlif cinayətə görə cəza alıb.
Barmaq izlərini itirmək üçün əlindən gələni etsə də, polis bölməsindəki dedektor cəmi bir neçə saniyəyə onun K.Roberts olduğunu müəyyənləşdirib.