Qəddafinin oğlu və tərəfdarlarına işgəncələr verilməsi barədə video yayılıb
03 avqust, 2015 15:01
Kadrlarda S.Qəddafinin saxlandığı həbsxananın mühafizəçiləri olduqları ehtimal edilən şəxslərin ona qarşı həqarətləri – gözlərini bağlayaraq döymələri yer alıb.
Səədinin həbsxanada işgəncələrə məruz qaldığını əks etdirən videokadrlar M.Qəddafinin oğlu Seyf-əl-İslam haqqında ölüm hökmü çıxarılmasından bir həftə sonra yayılıb.
Liviya hakimiyyəti artıq həmin video ilə bağlı təhqiqata başlayıb.
2012-ci ildə Nigerdə həbs olunaraq Liviyaya təhvil verilən S.Qəddafi futbolçunun qətlində və digər cinayətlərdə ittiham olunur.