Xəbərlər

Cahangir Aminov: “Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi bizi qane etmir”
04 avqust, 2015 14:59
bu barədə Özbəkistanın milli günü münasibətilə keçirdiyi brifinqdə bu ölkənin Azərbaycandakı səfirliyinin müşaviri Cahangir Aminov bildirib. 
 
Onun sözlərinə görə, baxmayaraq ki, iki ölkə arasında çox gözəl münasibətlər var, əlaqələr inkişaf edir, amma ticarət dövriyyəsinin bu həcmi  bizi qane  etmir:
 
“Biz ticarər dövriyyəsinin həcminin artırılmasına dair  razılığa gəlmişik. Bu istiqamətdə  danışıqlar davam edir. Əminəm ki, növbəti illərdən ticarət dövriyyəsinin həcmi daha da artacaq və biz bunun şahidi olacağıq. Eyni zamanda bu məqsədlə Ticarət evinin açılması nəzərdə tutulur”.
 
Diplomat bildirib ki, Azərbaycana  Özbəkistanın  istehsal etdiyi bir neçə növ model minik avtomobilləri,  iri və orta tutumlu sərnişin avtobusları, kənd təsərrüfatı və səneyi  məhsulları, ehtiyat hissələri, tekstil ixrac olunur.
 
Azərbaycandan isə neft- qaz sənaye avadanlıqlarıvə  kimya məhsulları ixrac olunur. Bundan əlavə Özbəkistanda 40- a yaxın Azərbaycan şirkəi bu ölkədə  fəaliyyət göstərir. Onun sözlərinə görə, hazırda  tərəflər arasında 200 növ məhsulun ixraxı üçün danışıqlar gedir.
 
Ölkənin müstəqillik illərində keçdiyi inkişaf yolundan da danışan C.Aminovun sözlərinə görə, ötən  24 il ərzində Özbəkistan dinamik inkişaf yolu keçib, məhz bunun nəticəsində ölkə iqtisadiyyatına 190 milyard dollar sərmayə qoyulub,  iqtisadiyyat 5,5 dəfə inkişaf edib.
 
Özbəkistan iqtisadiyyatı artıq o səviyyəyə çatıb ki, özünü kənd təsərrüfatı və qida məhsulları ilə demək olar ki, təmin edir. Bunun nəticəsi olaraq başqa ölkələrindən kənd təsərrüfatı məhsullarının ixracı dayandırılıb. Ölkədə kiçik və orta biznesin inkişafına böyük diqqət yetirilir. İndi demək olar ki, hər ailə kiçik bizneslə məşğul olur. 
 
Diplomat ölkə prezidentinin  aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət ayırdığını,  büdcənin 34 faizinin səhiyyə, 30 faizdən çoxunun isə təhsil sahəsinə yönəldildiyini söyləyib. 
 
Ölkədə avtomobil sənayesi, maşınqayırma, neft -qaz, və kimya sənayesi, aqrar sektor və digər sahələr inkişaf etdirilir. Bir sözlə, qısa müddət ərzində Özbəkistan  dinamik inkişaf edən dövlətə çevrilib. 
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.