Ötən ay 0,7 faiz deflyasiya qeydə alınıb
03 avqust, 2015 14:58
İyul ayında ərzaq məhsullarının qiymətləri 1,7 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,7 faiz ucuzlaşıb.
Gün.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ay ərzində mal ətinin, balıq məhsullarının, kərə yağının, portağalın, naringinin, bananın, almanın, armudun, albalının, gilasın, alçanın, gavalının, əriyin, şaftalının, qozun, fındığın, üzümün, qarpızın, yemişin, göyərtinin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, kökün, kartofun, kələmin, xiyarın, pomidorun qiymətlərində ucuzlaşma, düyünün, buğda ununun, toyuq ətinin, makaronun, yulaf və arpa yarmasının, yumurtanın, şabalıdın, limonun, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.
Qeyd edək ki, iyun ayında 1,1% deflyasiya qeydə alınmışdı.