Xəbərlər

Nazirlik kəskin istilərlə əlaqədar işlərin dayandırılmasına göstəriş verib
31 iyul, 2015 16:46

Havaların belə isti keçməsi ilk növbədə açıq havada işləyənlərin həyatı üçün təhlükə yaradır.

Günvurma diaqnozu ilə  həkimlərə müraciət edənlərin sayı artır.

Əmək qanunvericiliyinə görə, 41 dərəcə istidə açıq havada görülən işlərə fasilə verilir. Əgər temperatur 43 dərəcənin üzərindədirsə, bu zaman iş tamamilə dayandırılır.

Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Əmək  Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov bildirib ki, işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə açıq hava şəraitində işlərin dayandırılması və yaxud fasilə verilməsi barədə aidiyyatı işəgötürənlərə göstəriş verilib.

Onun sözlərinə görə, göstəriş iyulun 19-dan göndərilib:

“Düzdür, bu tarixdən sonra bəzi günlər sərin havalar müşahidə olundu. Bizim göstərişdə əsasən kəskin istilər müşahidə olunan günlərdə işlərin dayandırılması, yaxud da işçilərin sərinləməsi üçün fasilə verilməsi qeyd olunub. Göstərişə görə, tikintidə, yol çəkilişində olan işlərə fasilə verilə və yaxud iş dayandırıla bilər.

Fasilə verilərsə, fasilə iş vaxtına daxil edilir və əməkhaqqı ödənilir. İş tamamilə dayandırılanda da, əməkhaqqının üçdə iki hissəsindən az olmayaraq yenə də işləyənə əməkhaqqı ödənməlidir”.

O qeyd edib ki, Əmək Məcəlləsindən irəli gələn müvafiq tələblərin yerinə yetirilməməsinə görə işəgötürənlər  İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb edilirlər:

“İXM-nin 54-cü maddəsinə əsasən, işçilərin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə işəgötürənlərin 1000 manatdan 2000 manata qədər cərimə olunması nəzərdə tutulur”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.