Tovuzun ən böyük kəndlərindən biri olan Xatınlıda millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin təşkilatçılığı ilə "Tariximizi yaxşı öyrənmək hər bir gəncin vəzifəsidir" adlı tədbir keçirilib.
Kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq tariximizin öyrənilməsi ilə bağlı belə görüşlərə böyük ehtiyac olduğunu, uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə Q. Paşayevaya təşəkkürlərini bildiriblər.
Deputat qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünya görüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir.
Q. Paşayeva hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməyə çağırıb. O bildirib ki, hər bir gəncimiz Azərbaycan tarixi, dili, ədəbiyyatı və coğrafiyasını hansı peşənin sahibi olmaq arzusundan asılı olmayaraq yaxşı öyrənməli, həqiqətlərimizi daha geniş bilməli və yaymalıdır.
O, "gənclərimiz təkcə işğal altında olan torpaqlarımız deyil, bu gün Ermənistan adlı dövlətin üzərində qurulduğu tarixi ata-baba torpaqlarımızdakı tarixi da dərindən öyrənməli və bütün dünyada hər zaman yaymalıdır", - deyib.
“Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir”.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı