Xəbərlər

Regionlarda universitetlərin artırılmasının vacibliyi
30 iyul, 2015 17:23
Belə ki, sözügedən universitet Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında yaradılır.
 
Əlbətt ki, dövlət statuslu universitetin məhz regionda yaradılması təqdirəlayiq haldır. Və inanmaq istərdik ki, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış, İnkişaf Konsepsiyası”nda da ifadə olunan ümumi təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması istiqamətində işlənib hazırlanacaq xüsusi proqrama istinadən də bu cür regional universitetlərin sayı artacaq.
 
Çünki  Bakı ilə nisbətdə bölgələrimiz ali təhsil müəssisələri baxımından həm kəmiyyət həm də keyfiyyətcə çox geridədirlər ki bu da  təhsildə bizə problem yaradan öncül səbəblərdəndir.
 
Məlumat üçün bəzi statistik rəqəmlərə nəzər yetirək. Paytaxt Bakıda fəaliyət göstərən ali təhsil müəssisələrinin ümumi sayı 32 dövlət və 13 özəl ali təhsil müəssisəsi olmaqla 45-dir.  Ölkə üzrə regionlarda rəqəmlər isə  6 dövlət ali təhsil müəssisəsi, 10 rayon üzrə Azərbaycan Müəllimlər İnsitutunun filialı və 1 özəl ali təhsil müəssisəsi kimi əks olunur.
 
Rəqəmlərdən də göründüyü kimi ölkədə əksər ali təhsil müəssisənin paytaxtda yerləşməsi faktı bölgələrin inkişafı, bölgələrdə mütəxəssis çatışmazlığı həmçinin təhsilin keyfiyyətinə və ölkənin ümumi təhsil imicinə zərər vurmaqdadır. Bakıdakı əksər universitetlərin qeyri kampus şəraitində olması da kifayət qədər əhalisi olan birinci dərəcəli şəhər üçün digər bir problem yaratmaqdadır.
 
Bəs digər ölkələrin təcrübəsində necədir... Müqayisə üçün çox da uzağa getmədən qonşu ölkələr üzrə kiçik bir araşdırma edək. 
 
Türkiyədə  193 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ən böyük şəhərləri İstanbul, Ankara, İzmir, Adana, Antalya, Konya, Bursa, Kayseri və digərləri olmaqla demək olar ki 80-dən artıq şəhər və əyalətində dövlət və özəl  universitetlər möcuddur.
 
Rusiyada  607 dövlət və 358 özəl universitet elm verməkdədir.  Həmin ali təhsil ocaqları da ümumi olaraq 15-dən artıq böyük şəhər və federativ bölgələr üzrə paylanılır.
 
Müqayisəmizi Avropa və Amerika üzrə davam etdirsək şahidi olarıq ki məsələn hər il dünya üzrə universitetlərin reytinq cədvəlinə qeyri-paytaxt universitetləri başçılıq edir.
 
Ümid edirik ölkəmiz də bir gün bu müstəvidə aparılan müqayisələrdə ürəkaçan nəticələr verəcəkdir. Lakin o günə qədər yalnız ölkə başçısının müvafiq sərəncam və qərarları ilə yetinməməliyik.
 
Sözü gedən məsələ ilə bağlı təşəbbüs qrupları yaradılmalı, təhsil adamları, ziyalılar və ictimai xadimlər bu yönümdə dövlət qurumları və cəmiyyət insitutları ilə yaxından əməkdaşlıq etməli, sahibkar yatırımı üçün yeni bir cığır açılmalıdır.
 
Qarşıya qoyulan hədəf ali təhsil müəssisəsi sayını artırmaq və hər bölgə üzrə universitetlərin yaradılması olmalıdır. Əgər neft kapitalını insan kapitalına çevirmək istəyiriksə və dünya artıq elm və təhsilin arxasınca irəliləyirsə o zaman bizim də bu hədəfi özümüz üçün ali və prioritet hesab etməyin vaxtıdır!
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.