İrəvanda polisin zor tətbiq etdiyi aksiya fəalı xəstəxanaya yerləşdirilib
30 iyul, 2015 17:22
Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sanasaryanın aksiya zamanı qəfil halı pisləşib və yıxılıb.
“Respublika meydanında keçirilən aksiya zamanı polis David Sanasaryana qarşı zor tətbiq edib, onu yerdə sürüyüblər, başına ağır zərbələr vurublar.
Ona görə, son günlər sağlımlığında ciddi problemlər yaranıb. Dünən gecə saatlarında aksiya zamanı yıxıldı və qalxa bilmədi, ona görə də xəstəxanaya yerləşdirildi”, məlumatda vurğulanıb.
Hərəkat fəalları polisin qeyri-qanuni hərəkətləri ilə bağlı növbəti dəfə bəyanatla çıxış edib. Onlar polisin güc tətbiq etməsi nəticəsində Sanasaryanın ciddi zədələr aldığını qeyd edərək, polisin qanunsuz hərəkətlərinə qarşı tədbirlərin görülməsini tələb ediblər.