Xəbərlər

Zirə qəsəbəsində ilk dəfə su təchizatı infrastrukturunun yaradılmasına başlanılıb
30 iyul, 2015 17:21
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Gün.Az-a verilən məlumata görə, Zirə qəsəbəsində istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su mənbəyi Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral xətti nəzərdə tutulub. Magistral kəmərdən götürüləcək su hazırda inşası davam etdirilən və tutumu 10 min kubmetr olan Zirə su anbarına ötürüləcək. 
 
Anbar istismara verildikdən sonra Zirə qəsəbəsi ilə yanaşı, Türkan, Dübəndi, Gürgən, Pirallahı qəsəbələri də buradan  qidalanacaq.
 
Layihənin birinci mərhələsi çərçivəsində qəsəbədə müxtəlif diametrli borularla 20 km paylayıcı su xəttinin inşası və 700-qədər  ünvanın yeni yaradılacaq şəbəkəyə qoşulması nəzərdə tutulur. Tikinti işlərinə başlanandan su şəbəkəsinin 13 km-lik hissəsi çəkilib, 450 ünvana birləşmə verilmiş, 50 ədəd yanğın hidrantı quraşdırılıb. Tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra yeni şəbəkə vasitəsi ilə içməli suyun verilməsinə başlanılacaq. Layihənin növbəti mərhələsində Zirə qəsəbəsinin digər hissəsində də  su şəbəkəsinin yaradılması işləri davam etdiriləcək.
 
Qeyd edək ki, 11 min nəfər əhalisi olan Zirə qəsəbəsində mərkəzləşdirilmiş  içməli su şəbəkəsi mövcud deyil. Bu səbəbdən əhali əsasən quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alır. 
 
Ceyranbatan-Balaxanı-Ramana-Zirə magistral su xəttinin istismara verilməsi nəticəsində uzun müddətdir içməli sudan əziyyət çəkən bir sıra yaşayış məntəqələrinə fasiləsiz suyun verilməsi təmin edilib.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.