Azərbaycan cizgi filmi beynəlxalq festivalda
29 iyul, 2015 14:23
Festivalın seçim komissiyası təqdim olunmuş 871 filmdən 42 ölkəni təmsil edən 176 filmi altı müsabiqə proqramına daxil edib.
Müsabiqə proqramında Azərbaycanın istehsalı olan cizgi filmi də yer alıb. Belə ki, “Azanfilm” studiyasının “Birlik” yaradıcılıq birliyi ilə istehsal etdikləri “Köhnə saat” cizgi filmi Off Limits müsabiqə proqramında İtaliya, Rusiya, Estoniya, Çin, Cənubi Afrika, Belçika və başqa ölkələrdə çəkilmiş filmlərlə yarışacaq. “Köhnə saat” filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanovadır.